Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ABŞ dövlət katibi Con Kerri ilə görüşü başa çatıb.
Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüş 1.5 saat davam edib.
Görüşlə bağlı jurnalistlərin suallarını cavablandıran ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bildiri ki, tərəflər əsasən, Ukrayna münaqişəsini müzakirə ediblər.Modern.az