Modern.az

İlham Əliyev Ermənistan nümayəndəsini SUSDURDU

İlham Əliyev Ermənistan nümayəndəsini SUSDURDU

8 Fevral 2015, 00:30

Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda iştirak etdiyi dəyirmi masada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdən danışıb.

Modern.az saytının “Vestnik Kavkaza” portalına istinadən verdiyi xəbərə görə Azərbaycan rəhbəri qeyd edib ki, beynəlxalq aləm təcavüzkara təsir etməkdə siyasi iradə ortaya qoya bilmir.  

Prezident bildirib ki, Dağlıq Qarabağ münaqişəsi faktiki olaraq daha çox ötən il  beynəlxalq cəmiyyətin diqqətini özünə cəlb edə bilib və bundan sonra Ukrayna böhranı başlayıb.

İlham Əliyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdiyi qətnamələr yerinə yetirilməyib. Azərbaycan prezidenti Ukrayna münaqişəsi fonunda da Qarabağ məsələsini şərh edib.

O söyləyib ki, əgər Dağlıq Qarabağ münaqişəsi həll edilsəydi, Ukraynada da konflikt başlanamayacaqdı.  

“Onlarda ərazi bütövlüyünün pozulması, işğal və separatizm ssenarisi eynidir. Lakin postsovet məkanındakı digər münaqişələrdən fərqli olaraq bizim problemlə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri mövcuddur. Amma bunun həyata keçməməsi onu göstərir ki, bu qətnaməni qəbul edən dövlətlər öz şəxsi qərarlarına hörmət etmir”.  

Dəyirmi masa çərçivəsində Ermənistan nümayəndəsi Azərbaycan prezidentinə müraciət edərək növbəti təxribat xarakterli bəyanatla çıxış edib. Erməni nümayəndə  “Əgər münaqişəni həll etmək istəyirsinizsə, onda sizə mesajım budur- atəşi qurtarın”-deyə İlham Əliyevə müraciət edib.  

Ölkə başçısı isə bildirib ki, erməni tərəfinin həmişə bütün günahları Azərbaycanın boynuna yıxmaq taktikası var.

“Ermənistan bizim əraziləri işğal etdi, beynəlxalq hüququ pozdu, Xocalı soyqırımını törətdi, tarixi və dini abidələrimiz məhv etdi. Əsas sual budur ki, erməni əsgəri işğal edilmiş ərazilərdə nə edir? Erməni əsgəri Ağdamda nəyi unudub? Erməni əsgəri ölmək istəmirsə, Ağdama getməsin. Qoy, o öz ölkəsində, Yerevanda, Gümrüdə qalsın. Sizdə özünüz üçün ölkədə yerlər kifayət qədərdir, ümumiyyətlə, elə də çox insan qalmayıb. Siz Ağdamda, Füzulidə nə edirsiniz?”,-deyə İlham Əliyev cavab verib.

Prezident ötən il avqust ayında cəbhə xəttindəki gərginliyi də xatırladıb.

“2014-cü il vasitəçilərin nöqteyi-nəzərindən danışıqlar diqqətəlayiq idir. Prezident Putin avqustda mənimlə Sərkisyan arasında görüş təşkil etdi. Sentyabrda isə ABŞ dövlət katibi Con Kerri erməni prezidentlə mənim növbəti danışıq raundunu təşkil etdi. Nəhayət oktyabrın sonunda Fransa prezidenti Fransua Olland bizi Parisə dəvət etdi və deyərdim ki, bu görüş çox konstruktiv oldu. Hər iki bu görüşü müvəffəqiyyətli hesab etdiyini və qoşunların təmas xəttində gərginliyi azaltmağa çalışacaqlarını bəyan etdi. Sonra nə oldu? Ermənistan on gün işğal edilmiş ərazilərdə hərbi təlimlərə başladı.

Erməni informasiyalarına əsasən, həmin təlimlərə 47 min hərbçi cəlb edilmişdi. Onlar hərbi texnika ilı işğal edilmiş ərazilərdə helikopterlərlə manevrlər həyata keçirirdilər. Bizim ordu 3 gün kifayət qədər dözüm nümayiş etdirdi və buna reaksiya vermədi. Amma sonra Ermənistan Azərbaycan mövqelərinə Mİ-24 helikopterini gətirdi və bizə hücum etdi. Azərbaycan ordusuna buna cavab vermək lazım idi və helikopterdən biri salındı. Bu hadisə Ermənistanın  Azərbaycanı ittiham etməsinə səbəb oldu. Bu provakasiya gərginliyin azalması üçün, bu qədər səy göstərmiş Fransa, Rusiya və ABŞ liderlərinə hörmətsizliyi nümayiş etdirdi. İndi isə bizə "atəş açmayın" deyirlər. Mənim Ermənistana mesajım budur:  İşğala son qoyun və nə vaxt işğalı qurtaracaqsınız, qarşılıqlı sülh, təmas bərqərar olacaq”.


Qeyd edək ki, “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusundakı panel müzakirəsi Sloveniyanın Prezidenti Borut Pahorun sədrliyi ilə keçirilib.

Müzakirələrdə Serbiyanın Baş naziri Aleksandr Vuçiç, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Xorvatiya Baş nazirinin birinci müavini, xarici və Avropa işləri üzrə nazir Vesna Pusiç də iştirak ediblər.

Aqşin Kərimov  


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi