Modern.az

Xoşqədəm Hidayətqızı Xalq artisti Arif Quliyevin anasını TAPDI

Xoşqədəm Hidayətqızı Xalq artisti Arif Quliyevin anasını TAPDI

9 Fevral 2015, 01:00

ATV telekanalında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı proqramın fevralın 8-də efirə gedən buraxılışında tanınmış aktyor, xalq artisti Arif Quliyevin anasının tapıldığı barədə xəbər verib. Modern.az saytının məlumatına görə, bir neçə verilişdir xalq artistlərindən birinin anasının tapıldığını anons edən teleaparıcı, nəhayət fevralın 8-də həmin şəxsin kimliyinə aydınlıq gətirib. Xoşqədəm Hidayətqızı verilişə dəvət etdiyi 85 yaşlı bir qadının oğlunu axtardığını söyləyəndən sonra, axtarılan şəxsin xalq artisti Arif Quliyev olduğunu bildirib və onu da studiyaya çağırıb. Lakin Arif Quliyev studiyaya daxil olan anda aparıcı tamaşaçılar intizarda qalsın deyə, verilişi yekunlaşdırıb ki, növbəti həftəki buraxılışı gözləyənlər çoxalsın.

Modern.az-ın məlumatına görə, 1950-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş Arif Əli oğlu Quliyev yetimxanada böyüyüb.
Xalq artisti müsahibələrinin birində deyib ki, hələ 2 yaşı olarkən qara çarşablı bir qadının  onu Mərdəkandakı 17 nömrəli uşaq evinin qabağında qoyub çıxıb getməsini yaxşı xatırlayır: "O qadın məni atıb gedəndən sonra oranın müəllimləri məni götürüb içəri apardılar. O qadının sözü hələ də yadımdadır. Mənə dedi ki, “peçenye alıb gəlirəm”. Getdi, amma gəlmədi. O qadın, o sözlər hələ də beynimdə qalıb. Qara çarşablı, hündür bir qadın idi. Getdi və ondan sonra mən nə qohum gördüm, nə də valideyn".

Sonradan Əli-Bayramlı (indiki Şirvan) şəhərindəki Uşaq Evinə göndərilən Arif Quliyevə soyadı (Quliyev) və ata adı (Əli) da orada verilib.
Müəllimlərinin məsləhəti ilə Bakı Mədəni Maarif Texnikumuna daxil olan Arif Quliyev buranı bitirdikdən sonra təyinatla Mingəçevir Dövlət Dram Teatrında fəaliyyətə başlayıb. Daha sonra Mədəniyyət və İncəsənət İnstitutunu bitirib.

Arif Quliyevin Azərbaycan teatrı və kinosunda müxtəlif maraqlı rollar oynayıb.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI