Modern.az

Samir Şərifov "G-20" ölkələri maliyyə nazirlərinin iclasında iştirak edəcək

Samir Şərifov "G-20" ölkələri maliyyə nazirlərinin iclasında iştirak edəcək

İqtisadiyyat

9 Fevral 2015, 09:30

Bu il fevralın 9-10-u tarixlərində İstanbulda G-20 ölkələrinin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin iclası keçiriləcək. Azərbaycan Maliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, toplantıda iştirak etmək üçün maliyyə naziri Samir Şərifov da dəvət olunub.

G-20 ölkələri rəhbərlərinin noyabr ayında keçiriləcək toplantısına hazırlıq məqsədi daşıyan iclasda maliyyə nazirləri və Mərkəzi Bank rəhbərləri qlobal iqtisadiyyat, davamlı və balanslaşdırılmış inkişaf çərçivəsi, investisiya və infrastruktur, beynəlxalq maliyyə arxitekturası və maliyyə tənzimləməsi, habelə beynəlxalq vergi və digər məsələlərlə bağlı müzakirələr aparacaq. Bundan başqa, inkişaf etmiş ölkələrdəki fərqli iqtisadi artımlar, habelə hazırda ABŞ iqtisadiyyatında nəzərə çarpan iqtisadi artımla müqayisədə Avropada müşahidə olunan geriləmə kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq, gələcəkdə atıla biləcək ortaq addımlar müəyyən olunacaq.

G-20 ölkələri rəhbərlərinin toplantısı noyabr ayında Türkiyədə keçiriləcək. Azərbaycan G-20-nin ev sahibi kimi Türkiyə tərəfindən dəvətli ölkə qismində bu toplantılarda iştirak edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...