Modern.az

Dərbəndə azərbaycanlı generalın nəvəsi mer təyin edilir?

Dərbəndə azərbaycanlı generalın nəvəsi mer təyin edilir?

9 Fevral 2015, 12:31


Yayılan məlumatlara görə Dərbənd şəhər rəhbərliyinə milliyətcə azərbaycanlı namizəd kimi irəli sürülür. Belə ki, məlumatlara görə namizəd kimi dəstəklənən Xanlar Paşabəyov Moskva tərəfindən dəstəklənə bilər.

Modern.az Xanlar Paşabəyovla bağlı qısa araşdırma aparıb.  

O, 1976-ci ildə Dərbənddə dövlət xadimi ailəsində anadan olub. O, Dağıstanın və Dərbəndin məşhur dövlət xadimi olan Kərimbəy Həsənbəy oğlu Paşabəyovun ailəsidə dünyaya göz açıb.  

Kərimbəy Həsənbəy oğlu Paşabəyov ölkənin ən çətin anında, böyük vətən müharibəsi zamanı 1942-1946-cı illərdə Dərbənd şəhərinin Xalq Deputatları İcraedici Komitəsinin sədri vəzifəsində çalışıb. O, Əziz Əliyevlə şəxsən tanış idi. Əziz Əliyev də həmin zaman Dağıstan Kompartiyasının MK-nin rəhbəri işləyirdi. Onun atası Edisson Paşabəyov da 1982-1994-cü illərdə əvvəlcə şəhərin Xalq Deputatları İcraedici Komitəsinin sədri kimi, daha sonra isə şəhər administrasiyasının rəhbəri kimi Dərbəndə rəhbərlik edib.  

İxtisasca hüquqşünas olan  Xanlar Paşabəyov Dağıstan Xalq Məclisinə seçilənə qədər Dərbənd şəhərinin 102 nömrəli məhkəmə şöbəsində dünyəvi hakim olaraq işləyib.   Xanlar Paşabəyov hazırda Xalq Məclisində “Vahid Rusiya” Partiyasını təmsil edir. O, eyni zamanda məşhur Azərbaycan generalı Mustafa Nəsirovun nəvəsidir.    

Şahin Qocayev

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu