Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstan lideri Nursultan Nazarbayev arasında telefon danışığı olub.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, prezidentlər Ukraynanın cənub-şərqindəki böhranlı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, liderlər Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığın praktik aspektlərini də müzakirə ediblər.
Modern.az