Modern.az

Heydər Əsədov nəyi dəyişdi? – RƏYLƏR

Heydər Əsədov nəyi dəyişdi? – RƏYLƏR

10 Fevral 2015, 00:15

Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ildə Heydər Əsədov Kənd Təsərrüfatı naziri təyin olundu.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və sədr müavini Eldar Quliyev Modern.az-a açıqlamalarında Heydər Əsədovun nazir kimi fəaliyyətini belə dəyərləndiriblər.  

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov: “Kənd təsərrüfatı üzrə mütəxəssisin ən çox maliyyəçi olması əsasdır. Heydər Əsədov çox  düzgün, səriştəli rəhbərdir. Əvvəllər bu sahə üzrə maliyyə məsələlərində maliyyə pozuntuları vardısa, indi böyük şəffaflıq müşahidə olunmaqdadır. Ümumiyyətlə, qısa müddət ərzində kənd təsərrüfatının bütün sahələrinə diqqət artırılıb. Heydər müəllim kifayət qədər təcrübəli və bilikli insandır. Həm komitə sədri olaraq, həm də uzun illər kənd təsərrüfatı sahəsində çalışan bir mütəxəssis olaraq cənab nazirin iş prinsiplərindən, fəaliyyətindən razıyam. Biz birgə çox yaxşı işləyirik. Aqrar sahənin qanunvericilik bazasının yaradılmasında da çox yaxın tərəfdaşlıq edirik”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev: “Mən cənab Heydər Əsədovun nazirlik fəaliyyətini çox yüksək qiymətləndirirəm. Onun nazir təyin olunmasının üstündən böyük zaman keçməsə də kənd təsərrüfatını bilən bir mütəxəssis olaraq işinin öhdəsindən layiqincə gəlir və ortada ciddi nəticələr var.

Ölkə başçısı İlham Əliyev ona etimad göstərərək ölkəmizdə ən ağır sahələrdən olan Kənd Təsərrüfatı sahəsinə rəhbər təyin edib.   Bu sahə cənab Prezidentin diqqətindədir. Heydər Əsədov nazir təyin olunandan sonra bu sahə ilə bağlı xeyli sayda sənədlər imzalanıb. Cənab Prezident tərəfindən 2015-ci il Azərbaycanda kənd təsərrüfatı ili elan edilib. Əminəm ki, Heydər Əsədov bu il aqrar sektorda mühüm irəliləyişlərə nail olacaq. İqtisadçı və maliyyəçi olmaq böyük üstünlükdür ki, bunların hər ikisi Heydər Əsədovda cəmləşib”.  

Qeyd edək ki, Heydər Əsədov 2013-cü ilin 22 oktyabr tarixindən indiyə kimi nazir postundadır.  

Gülşən Raufqızı


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi