Qonşu Gürcüstanda azərbaycanlılar çoxluq təşkil etməklə bu ölkənin iqtisadi, ictimai-siyasi həyatında da müəyyən rol oynayır. Onlardan bəziləri bizneslə məşğuldur, bəziləri dövlət vəzifələrində çalışır, digərləri isə təsərrüfat işlərində çalışır.
Bəs Gürcüstanda nə qədər azərbaycanlı vəzifədə çalışır?Bu barədə Modern.az saytına açıqlama verən Gürcüstan parlamentinin azərbaycanlı deputatı Əli Məmmədov bildirib ki, hazırda vəzifədə çalışan soydaşlarımızla bağlı rəsmi statistika yoxdur. O bildirib ki, Gürcüstanda təxminən 250-400 arasında azərbaycanlı vəzifədə işləyir. “Bu, qeyri-hökumət təşkilatlarının statistikasıdır. Amma rəsmi şəkildə statistika da aparılır və dəqiqləşəndən sonra məlumat veriləcək”,-deyə Əli Məmmədov bildirib.
Deputat onu da qeyd edib ki, vəzifədə olan azərbaycanlılar daha çox yerli bələdiyyələrdə çalışır.
“Bununla yanaşı, tibb sahəsində vəzifədə olan soydaşlarımız da var”.
Aqşin Kərimov