Modern.az

Yerevandan Moskvaya uçan təyyarədə qalmaqal yaranıb

Yerevandan Moskvaya uçan təyyarədə qalmaqal yaranıb

Təhsil

11 Fevral 2015, 10:04


Yerevandan Moskvaya uçan sərnişin təyyarəsi Volqoqrada məcburi eniş edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ekipajın komandiri bu qərarı sərnişinlər arasında olan 35 yaşlı Hollandiya vətəndaşının təyyarənin göyərtəsində qalmaqal yaratmasından sonra qəbul edib.

Məlumatda qeyd edilir ki, sərnişin təyyarənin salonunda o tərəf bu tərəfə qaçaraq pilotların kabinəsinə girməyə cəhd edib. Hollandiyalının əsəb sistemində problemlərin olduğu bildirilir. Təyyarə Volqoqrada enəndən sonra sərnişin düşürülüb.

3 saatdan sonra içərisində 130 sərnişinin olduğu təyyarə Moskvaya uçub.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir