Modern.az

Süleyman Dəmirəllə Tansu Çillərin DAVASI: “Səni pəncərədən aşağı ataram”

Süleyman Dəmirəllə Tansu Çillərin DAVASI: “Səni pəncərədən aşağı ataram”

Təhsil

11 Fevral 2015, 10:53

Türkiyə Böyük Millət Məclisinin (parlament)  Konstitusiya Komissiyasının sədri Burkan Kuzu Süleyman Dəmirəl və Tansu Çillər arasında yaşanan maraqlı hadisədən danışıb.

Modern.az saytının məlumatına görə Burkan Kuzu bildirib ki, Süleyman Dəmirəlin prezident olduğu zamanlarda Türkiyənin o vaxtkı baş naziri Tansu Çillərlə ciddi şəkildə mübahisəsi düşüb.  

Türkiyə parlamentinin təmsilçisi qeyd edib ki, hökumət sistemi ilə bağlı müzakirə gedərkən Süleyman Dəmirəl Tansu Çillərə “səni pəncərədən aşağı ataram” deyib.  

Qeyd edək ki, Süleyman Dəmirəl 1993-2000-ci illərdə Türkiyə prezidenti olub. Tansu Çillər isə 1993-cü ildən 1996-cı ilə qədər Türkiyənin baş naziri olub.  

Aqşin Kərimov  


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir