Modern.az

II Qaregin kortejlə gəzir

II Qaregin kortejlə gəzir

Təhsil

11 Fevral 2015, 11:42


Dünya erməniləri katalikosunun HSBC bankında adına çıxan 1.1 milyon dollar onun siyasi-ictimai imicinə güclü zərbə vurub. Artıq II Qareginin erməni xalqının gözündə qaçaqmalçı, erməni xalqının və kilsəsinin pullarını mənimsəyən rüşvətxor bir məmurdan fərqi yoxdur.  

Modern.az məlumat verir ki, beynəlxalq bankda milyonlarına görə, gündəmdə olan katolikos bu dəfə maşın kortejinə görə güclü tənqid edilir. Erməni müxbir II Qareginin kortejini bu şəkildə təsvir edir:

"Bir neçə gün əvvəl qeyri-adi səhnənin şahidi olduq. Avtobus dayanacağında duran, polis avtomobili qısa müddət ərzində  yüksək sürətlə yolu bağladıqdan sonra, yalnız bir polis avtomobilin müşayiəti ilə bir maşın korteji gəldi. Bu cür səs-küylə dayanacaqda dayanmış insanların qarşısından bütün ermənilərin katolikosu II Qaregin, üzəri xüsusi katolikosluq nişanı olan "Mersedes S-klass"  markalı avtomobillə sürətlə keçib getdi. Onun arxasından beş- altı Eçmiədzin nömrəli qara rəngli avtomobil getdi".  

Təbii ki, bu səhnəni görmüş hər bir erməni onun normal olub olmaması ilə bağlı dərin bir düşüncə içərisindədir. Dərin bir rüşvət bataqlığında üzən II Qareginin artıq erməni xalqının gözündə heç bir "müqəddəsliyi" qalmayıb.  

Şahin Qocayev

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir