Modern.az

“Azərbaycan Avropa yolunda Moskvanı qabaqlayacaq” - “Nezavisimaya qazeta”

“Azərbaycan Avropa yolunda Moskvanı qabaqlayacaq” - “Nezavisimaya qazeta”

11 Fevral 2015, 12:48


Sabah Azərbaycanın Avropaya qaz ixracı ilə bağlı “Cənub qaz dəhlizi” transmilli layihəsinin Məşvərətçi Şurasının ilk iclası keçiriləcək. Modern.az xəbər verir ki, Azərbaycanın Avropaya qaz satması perspektivlərinin müzakirə olunacağı görüşə Rusiya mətbuatı da diqqət ayırıb. Şimal qonşumuzun ən yüksək tirajlı qəzetlərindən olan “Nezavisimaya qazeta”da bununla bağlı məqalə dərc olunub. Modern.az həmin məqaləni təqdim edir.

Sabah Bakıda “Cənub qaz dəhlizi” transmilli layihəsinin Məşvətərçi Şurasının ilk iclası keçiriləcək. Artıq Yunanıstanın energetika naziri Panayotis Lazafanis, Gürcüstanın energetika naziri Kaxa Kaladze və onun bolqarsıtanlı həmkarı Temenujka Petkova iclasda iştiraklarını təsdiqləyiblər. Bundan başqa, İtaliya iqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinçenti və Avropa Komissiyasının vitse-prezidneti Maroş Şefvoviç də qonaqların sırasında olacaqlar.

 Bakı görüşü Avropa Komissiyası ilə Azərbaycan hökumətinin ortaq təşəbbüsüdür. Bu görüş ötən il Bakıda “Cənub qaz dəhlizi” layihəsinin təməlqoyma mərasimində elan olunub.

“Cənub qaz dəhlizi” “Şahdəniz” yatağındakı Azərbaycan qazını Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çatdıracaq.

Yerli analitiklərin fikrincə, bu layihənin uğuruna əmin olan Azərbaycan prezidenti İlham Əliyev zəngin karbohidrat ehtiyatları ilə tanınan ölkəsini dünya bazarlarına qaz ixrac edə biləcək yeganə real və stabil ölkə kimi görür. Digər bütün mənbələr məlumdur və bu gün söhbət yalnız qaz ixracının diversifikasiyasından gedə bilər.    

“Cənub qaz dəhlizi”nin reallaşması ilə bağlı aparılan işlər isə öz qrafiki üzrə davam etdirilir: borular sifariş olunub, podratçılar seçilib. Bakı “Cənub qaz dəhlizi”nin ilk mərhələsi olan TANAP layihəsini 2018-ci ilə qədər, ikinci mərhələsi olan TAP-ı isə 2020-ci ilə qədər yekunlaşdırmağa təminat verib.

Mütəxəssislərin fikrincə, Azərbaycan Avropaya gələcəkdə 20 milyard kubmetrə çatmaqla hər il 16 milyard kub metr qaz tədarük edə bilər.

“Lakin bu həcm Rusiyanın Avropaya qaz ixracına ciddi rəqabət yarada bilməz”, - “Nezavisimaya qazeta”ya açıqlamasında azərbaycanlı ekspert İlham Şaban deyib.

Xatırladaq ki, Rusiya qazını Avropa Birliyi ilə Türkiyə sərhədinə çatdıracaq “Türk axını” hələ layihə halındadır. Layihənin reallşama tarixi müəyyən olunmayıb.

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...