Həyatı təhlükə qarşısında olan 7 aylıq Kamal Cəfərovun xilas olması üçün maddi yardıma ehtiyac duyulur.
Trend xəbər verir ki, Kamal Təmkin oğlu Cəfərov 2014-cü il iyulun 13-də anadan olub. 2014-cü ilin dekabr ayından etibarən ağır xəstələnib. Bakıda iki dəfə ağciyərlərinə və böyrəklərinə görə müalicə alıb. Sonda uşağın sağalmadığını görən Azərbaycan həkimləri müəyyən şübhələr olsa da, hər halda onun xaricdə müalicə olunmasını məsləhət görüblər. İranda Tehrandakı klinikalardan birində isə balaca Kamala "ağır kombinə olunmuş immunodefisit" tibbi diaqnozu qoyulub. İndi 7 aylıq Kamalın müalicə olunması üçün uşağa başqa sağlam şəxsdən sümük iliyinin transplantasiyası həyata keçirilməlidir. Əməliyyat İranda Tehran şəhərindəki klinikalardan birində həyata keçiriləcək. Lakin bunun üçün 60 min ABŞ dolları tələb olunur ki, Kamalın ailəsinin bu qədər maddi imkanı yoxdur. Ona görə də balaca Kamalın həyatının xilas edilməsi üçün imkanı çatan hər kəsdən yardımını əsirgəməmələrini xahiş edirik.Beneficiary / Alan
Name / Adı: TAMKIN
Surname/ Soyadı: CAFAROV
IBAN: AZ24BRES00381184001149145602