Rusiya Ali Məhkəməsi Mordoviya Muxtar Respublikası sakinlərinin orta məktəblərdə hicab qadağasının aradan qaldırılması ilə bağlı şikayətini rədd edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl övladlarının hicablı geyimdə orta məktəbə gedə bilməsi ilə bağlı Stavropol diyarının 3 sakinin müraciətini də qəbul etməmişdi.
Rusiyanın elm və təhsil naziri Dmitri Livanov isə qanunvericilikdə dünyəvi geyimin normalarının müəyyən olunduğunu və bu normaları qəbul etmək istəməyən valideynlərə övladlarını dini məktəblərə qoymağı təklif edib: “Federal səviyyədə qəbul edilən qanun uşaqların məktəbə dünyəvi geyimdə getməsini müəyyən edib. Bu normaların dəyişdirilməsinə əsas görmürəm”.
Modern.az