İŞİD tərəfindən 18 ay girovluqda saxlanan amerikalı Kayla Muellerin ölməsi Ağ Ev tərəfindən təsdiqlənib. Buna baxmayaraq 26 yaşındakı Muellerin koalisiya qüvvələrinin hava bombardmanı zamanı, yoxsa başqa bir səbəbdən ölməsi qeyd edilməyib.
Modern.az-ın məlumatına görə, mövzuyla əlaqədar internet saytına açıqlama verən prezident Barak Obama ölkəsinin girovlarla bağlı mövqeyini belə ifadə edib: " İŞİD kimi təşkilatlara pul ödəməmə siyasətimizin ən əhəmiyyətli səbəbidir, lakin onların günahsız insanları qətl etmələri və gələcəkdə girov götürmə prosesləri amerikalıları daha böyük hədəf halına gətirir".
Qeyd edək ki, 2009-ci ildə Şimali Arizona Universitetindən məzun olan Mueller, İsrail, Fələstin və Şimali Hindistan kimi bölgələrdə kömək qrupları ilə birlikdə hərəkət edib. 2013-cü ilin avqustunda Hələbdəki xəstəxanadan çıxarkən qaçırıldı. İŞİD-in 7 milyon dollar tələb etdiyi gənc qadın üçün bir sira xilasetmə əməliyyatı aparılsada uğursuz olmuşdu.
Şahin Qocayev