Modern.az

Bakıda qazdan zəhərlənən 2 nəfər ölüb

Bakıda qazdan zəhərlənən 2 nəfər ölüb

Təhsil

11 Fevral 2015, 14:56

Fevralın 10-da Goranboy rayon sakinləri Nizami Əliyev və Bayram Əliyev paytaxtın Səbail rayonu ərazisində kirayədə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.

Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 9-da Gəncə şəhərində yaşayan Ravidə Məmmədova mənzilində ehtiyatsızlığı nəticəsində pilləkəndən yıxılıb. Xəstəxanaya yerləşdirilən R.Məmmədova fevralın 10-da orada dünyasını dəyişib.

Fevralın 10-da Göygöl rayonunun Yeni Qızılca kənd sakini Vəlihət Abbasov kəndin ərazisindəki qayadan yıxılıb və xəstəxanaya yerləşdirilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir