Modern.az

Bakının bəzi ərazilərində su olmayacaq

Bakının bəzi ərazilərində su olmayacaq

Təhsil

11 Fevral 2015, 15:54

“Azərsu” ASC-dən Modern.az-a verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsindən keçən magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar “+ 132 Şimal” su anbarından xəttə suyun verilişi dayandırılıb. Bununla əlaqədar gün ərzində 7-ci və 8-ci mikrorayonlara, Dərnəgül  yaşayış massivinə və Səttar Bəhlulzadə küçəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir