Modern.az

Poroşenko separatçıların törətdiyi vəhşilikdən danışarkən ağlayıb - VİDEO

Poroşenko separatçıların törətdiyi vəhşilikdən danışarkən ağlayıb - VİDEO

Təhsil

11 Fevral 2015, 17:42


Ukrayna prezidenti Pyotr Poroşenko Nazirlər Kabinetinin iclasında separatçıların raket atəşinə tutduğu Kramatorsk şəhərində gördüklərindən danışarkən göz yaşlarını saxlaya bilməyib. Modern.az Ukraya mətbuatına istinadən xəbər verir ki, Poroeşnko baş verənlərdə separatçıları ittiham edib:

“Həyətdə partlamamış raketin quyruğu görsənir. Normal insanın dözə bilməyəcəyi səhnələrdir... Raketin yayında qadın çantası, uşaq oyuncağı yerləşib. Ana ölüb, 3 yaşlı oğlunun əli isə qopmuş vəziyyətdədir. Bütün gecə onun həyatını xilas etmək üçün cərrahiyyə əməliyyatı keçirilib. Əksəriyyəti dinc sakin olan 16 nəfər həlak olub, 11-i ağır vəziyyətdə olmaqla 66 nəfər yaralanıb. Onlar nəyə görə zərər görüblər?”.

Fevralın 11-i günorta çağı Ukrayna ordsunun nəzarətində olan Kramatorsk şəhərinə rusmeylli separatçılar artilleriya zərbələri endiriblər.

2014-cü ilin aprelindən Ukraynanın şərqində baş verən toqquşmalarda azı 5 min 500 nəfər həlak olub.



Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir