Modern.az

Elnur Hüseynov "O səs Türkiyə"nin yarımfinalına çıxdı - VİDEO

Elnur Hüseynov "O səs Türkiyə"nin yarımfinalına çıxdı - VİDEO

12 Fevral 2015, 09:40


Türkiyənin TV8 kanalında yayımlanan “O səs Türkiyə” mahnı yarışmasında azərbaycanlı müğənni Elnur Hüseynov uğurlu çıxışını davam etdirib.  

Modern.az saytı xəbər verir ki, fevralın 12-nə keçən kecə Elnur Hüseynov cyarışmanın canlı yayım mərhələsində "Exogenesis" simfoniyasından bir parça səsləndirib.
Ebru Gündeşin komandasında yarışan azərbaycanlı müğənni bu dəfə də rəqiblərini geridə qoyub. Belə ki, münsiflər Mazhar-Özkan cütlüyünün və Hadisənin yarışmaçıları ilə səhnəyə çıxan həmyerlimiz tamaşaçı səsverməsi nəticəsində üçlüyün birincisi olub.

Qeyd edək ki, TV8 telekanalında Acun İlicalının aparıcı olduğu “O səs Türkiyə” mahnı yarışmasının münsiflər heyətində məşhur müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alır.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI