Kəlbəcərə doğmalarının məzarlarını ziyarət etmək məqsədilə gedərkən Ermənistan Silahlı Qüvvələrinin girov götürdüyü və Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən qondarma ittihamlarla “məhkəmə”yə çəkilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin “apellyasiya şikayəti”nə fevralın 26-da baxılacaq.
Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda girovların erməni “vəkili” Arkadi İsraelyan məlumat verib.
Xatırladaq ki, 2014-cü ilin yayında Kəlbəcər ərazsində girov götürülən Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum olunub.
Modern.az