Modern.az

Bakıda iqtidar-müxalifət dialoqu başladı: Əli Həsənov bəzi detalları AÇIQLADI

Bakıda iqtidar-müxalifət dialoqu başladı: Əli Həsənov bəzi detalları AÇIQLADI

Təhsil

12 Fevral 2015, 11:40


Prezident Administrasiyasının (PA)  ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün bir sıra müxalifət partiyalarının rəhbərləri ilə görüş keçirir. Modern.az saytının verdiyi xəbərə görə görüş Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirilir.

Qeyd edək ki görüşdə müxalifətdən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Qüdrət Həsənquliyev, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Kommunist Partiyasının sədri Rauf Qurbanov, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə  iştirak edir.  

PA ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışı zamanı  bildirib ki, hakimiyyətin siyasi partiyalarla görüşü ənənə halını alıb.    

PA rəsmisi qeyd edib ki, bu gün keçirilən görüşdə hansı məsələlərin müzakirə olunacağı dəqiq müəyyən edilməyib. “Hazırda hakimiyyətlə, müxalifət arasında istənilən məsələlər müzakirə oluna bilər.

Bizim siyasi partiyalarla görüşümüz artıq ənənə halını almaqdadır. İki ay bundan əvvəl biz siyasi partiyalarla ilk görüşümüzü keçirdik və gələcək görüşlərin bəzi məsələlərini müzakirə etdik. Hal-hazırda hakimiyyətlə ona müxalif mövqedə olan siyasi qüvvələr arasında ölkənin, dövlətin, cəmiyyətin bu günü və gələcəyi ilə bağlı istənilən məsələlər müzakirə mövzusu ola bilər:

"Çünki bu iki institut faktiki olaraq Azərbaycan cəmiyyətinin bugünkü və gələcək ictimai, siyasi, sosial və digər sahələrdə idarəçiliyinin, dövlətin daxili və xarici siyasətinin taleyini müəyyən edir. Mən əminəm ki, burada siyasi partiya sədrləri tərəfindən yaxşı ideyalar, mövzular təklif olunacaq və biz görüşdən-görüşə o məsələləri müzakirə edib, bəlli bir fikrə gələcəyik.

Mən əminəm ki, burada da hörmətli siyasi partiya sədrləri yaxşı ideyalar, yaxşı mövzular təklif edəcək",-deyə Əli Həsənov bildirib.  

Şahin Qocayev  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir