Modern.az

“İki aydan bir iqtidar müxalifətlə görüşəcək”

“İki aydan bir iqtidar müxalifətlə görüşəcək”

Təhsil

12 Fevral 2015, 14:10

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) baş tutan iqtidar-müxalifət görüşü başa çatıb.

Modern.az saytının məlumatına görə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov görüşlə bağlı açıqlama verib.

O qeyd edib ki, görüşdə tərəfləri maraqlandıran bütün mövzular müzakirə edilib. Onun sözlərinə görə müzakirələrdə fərqli təkliflər səslənsə də, ümumi razılaşma əldə edilib: “Ümumi razılaşma ondan ibarət oldu ki, siyasi partiyalarla işləyən strukturun rəhbəri kimi mənimlə görüş aktual olsun”.  

Əli Həsənov deyib ki, bundan sonra hər iki aydan bir bu formatda görüşlər keçiriləcək və hakimiyyəti, daxili və xarici təşkilatları narahat edən məsələlər əvvəldən razılaşdırılmış şəkildə müzakirə ediləcək.  

Görüşün formatı barədə danışan PA rəsmisi bildirib ki, alınan qərara görə, ölkədə aktiv siyasi fəaliyyətlə məşğul olan hər bir partiya bu cür dialoqlarda iştirak edə bilər.  

“Bizim qapılarımız həmişə onların üzünə açıqdır. Qərara gəlmişik ki, bundan sonra hansı məsələlərin müzakirə olunacağına dair siyahı hazırlansın və tematikalar müəyyən edilsin. Xocalı soyqırımı və seçkilər, siyasi məsələlərin müzakirə çıxarılacağı qərara alındı”.  

Qeyd edək ki, görüşdə müxalifətdən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Qüdrət Həsənquliyev, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Kommunist Partiyasının sədri Rauf Qurbanov, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə  iştirak edib.  

Şahin Qocayev  

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir