Modern.az

4 dövlət başçısının Minsk razılaşmasının DETALLARI

4 dövlət başçısının Minsk razılaşmasının DETALLARI

Təhsil

12 Fevral 2015, 14:16


“Normand dördlüyü”nün Minsk danışıqları müsbət sonluqla başa çatıb. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Vladimir Putin, Pyotr Poroşenko, Angela Merkel və Fransua Olland yekun sənədi razılaşdırıblar.

- Ukrayna Ali Radası 3 gün müddətində Donetsk və Luqansk vilayətlərinin Minsk razılaşması ilə müəyyən olunmuş rayonlarına xüsusi idarəetmə statusu verməklə bağlı qanun layihəsi qəbul etməlidir.

- 5 gün ərzində Ukrayna tərəfi və separatçılar “hək kəs hər kəsə prinsipi ilə bütün əsirləri azad etməlidirlər.

- Ukrayna Donbasın xüsusi statusu qarşılığında 2015-ci ilin sonuna qədər Rusiya ilə sərhəd xəttinə nəzarəti bərpa edəcək.

- Rəsmi Kiyev separatçıların nəzarətində qalan bölgədə bank sistemini bərpa edəcək. Fransa və Almaniya bu məsələdə texniki yardım göstərəcək.

- Rusiyada həbsdə olan ukraynalı pilot Nadejda Savçenko qısa müddətdə azad olunmalıdır

- Atəşkəs rejimi Kiyev vaxtı ilə fevralın 15-də saat 00:00-da qüvvəyə minməlidir.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir