Mədəniyyət və Turizm Nazirliyi 2014-2015-ci illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədiilə “Qızıl Kəlmə” ədəbi mükafatını elan edib.
Modern.az xəbər verir ki, mükafata aşağıda göstərilən ədəbi janrlarda yaradılan, son 2 ildə kitab və ya jurnalda çap edilən əsərlər təqdim olunur:
- nəsr əsərləri (roman, povest, hekayə və hekayələr silsiləsi);
- poeziya əsərləri (poema, şeirlər və mahnı mətnləri);
- tənqid, ədəbiyyatşünaslıq və publisistika əsərləri;
- orijinaldan bədii tərcümə əsərləri.
- uşaqlar üçün yazılmış bədii əsərlər.
Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.
Mükafat iki ildən bir may ayının ilk ongünlüyündə veriləcək.
Mükafat rəmzi simvol (döş nişanı), diplom və pul mükafatından ibarətdir.
Elmin NURİ