Modern.az

“Azərbaycanla ABŞ arasında gərginlik yoxdur” – RƏSMİ AÇIQLAMA

“Azərbaycanla ABŞ arasında gərginlik yoxdur” – RƏSMİ AÇIQLAMA

Təhsil

12 Fevral 2015, 14:27


Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycanla ABŞ arasındakı əlaqələrdən danışıb.

Modern.az saytının verdiyi xəbərə görə Əli Həsənov bildirib ki, hazırda Azərbaycanla ABŞ arasında heç bir gərginlik yoxdur.

PA rəsmisi qeyd edib ki, Azərbaycanın ABŞ-la beynəlxalq sülhyaratma prosesində, terrorizmlə mübarizədə, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı davam edir.  

“Azərbaycanla ABŞ arasında iqtisadi, siyasi, sosial və digər sahələrdə də münasibətlər var. Amma elə dairələr var ki, iki ölkə arasındakı əlaqələri gərginləşdirməyə. ABŞ mətbuatında da bəzən neqativ yazılar dərc etdirir. Həmin yazılar isə reallıqları əks etdirmir. Həmin yazılar ayrı-ayrı dairələrin sifarişi ilə hazırlanır. Biz bunların qarşısını almağa çalışırıq. ABŞ hökuməti də buna çalışır”.  

ABŞ-da Azərbaycanla bağlı  dinləmələrin keçirilməsi məsələsinə də toxunan Ə. Həsənov bunun normal olduğunu deyib:  “Bizim parlament də, QHT-lər də ABŞ-dakı proseslər barədə belə tədbirlər keçirir. Ehtiyac olarsa, biz də hökumət olaraq dinləmə keçirə bilərik. Müasir, demokratik, siyasi, plüralist normaların hökm sürdüyü dünyada belə şeylərə görə kimisə günahlandırmaq olmaz. ABŞ-da Azərbaycanın həyatını olduğu kimi təhlil etsinlər.  

Belə müzakirələr keçirməyin prinsipial məqamları var. Müzakirələrə təkcə anti-Azərbaycan qüvvələri deyil, Azərbaycandakı mövcud vəziyyəti doğrudan bilən insanları da dəvət etmək lazımdır. Müzakirələr birtərəfli yox, neytral qaydada təşkil olunmalıdır”.

Əli Həsənov Azərbaycanın Ukraynanın silahlandırılması ilə bağlı mövqeyinə də aydınlıq gətirib. Şöbə müdirinin sözlərinə görə Azərbaycan Ukraynanın silahlandırılması məsələsinə ehtiyatla yanaşır.   

Şahin Qocayev  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir