Modern.az

Həmsədrlər Ermənistana gedir

Həmsədrlər Ermənistana gedir

Təhsil

12 Fevral 2015, 14:54

ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 17-də Ermənistana səfər edəcəklər. Modern.az Ermənistan mətbuatına istinadən bildirir ki, bu barədə ölkənin xarici işlər nazirinin mətbuat katibi Tiqran Balayan məlumat verib. Onun sözlərinə görə, həmsədrlər prezident Serj Sərksiyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər. 

Münhen sammitində ATƏT sədri ilə görüşdən sonra həmsədrlər Qarabağ münaqişəsinin yekun həlli üçün səylərini daha da artıracaqlarını bildiriblər: “Biz tərəflərin siyasi iradə nümayiş etdirməsini istəyirik ki, nizamlanma prosesini dərhal başlayaq”.  

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir