Modern.az

PJB ilə Modern.az saytının parlament seçkiləri ilə bağlı özəl layihəsi

PJB ilə Modern.az saytının parlament seçkiləri ilə bağlı özəl layihəsi

3 Sentyabr 2010, 11:01
Parlament Jurnalistləri Birliyinin təsisçisi olduğu Modern.az informasiya portalı 2010-cu il parlament seçkiləri ilə bağlı özəl layihə həyata keçirəcək. 

Bu seçkilərdə namizəd olacaq şəxs seçki kampaniyasında iştirakla bağlı saytın piar qrupuna daxil olan jurnalistlərin dəstəyindən, həmçinin KİV və yeni medianın imkanlarından bəhrələnəcək. 

Modern.az saytının piar qrupu deputatlığa namizədlərin platformasının hazırlanmasından tutmuş onların seçki qərargahlarının fəaliyyəti, seçicilərlə görüşləri, seçki platformasının təbliği və yayımı, qərargahının press-relizlərini, reklam disklərinin yayılması, dairələr üzrə monitorinqlərin keçirilməsinə qədər xidmətlər təşkil edəcək.

Bundan əlavə piar qrupunun işinə namizədin portret-foto çəkilişinin təşkili, seçki bükletlərinin hazırlanması, dəvətnamələrin yüksək keyfiyyətlə çapı ilə bağlı xidməti də daxildir.  

Ən əsası isə odur ki, piar qrupu PJB-nin beynəlxalq əlaqələrindən yararlanaraq bu seçkilərdə deputatlığa namizədlərin təbliği ilə bağlı modern texnoloji üsulların tətbiqinə nail olacaq ki, bu da piar qrupu ilə əməkdaşlıq edəcək namizədlərin qələbə çalmaq şansını artıracaq.   

Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama