Modern.az

Polis "T group" Tədris Mərkəzinin dələduz rəhbərliyini həbs edib

Polis "T group" Tədris Mərkəzinin dələduz rəhbərliyini həbs edib

Təhsil

12 Fevral 2015, 18:38

“Son günlər bəzi kütləvi informasiya vasitələrində respublikanın müxtəlif bölgələrində çoxsaylı vətəndaşların özünü "T group" adlandıran Tədris Mərkəzinin rəhbərliyi tərəfindən aldadılması, onlara qarşı dələduzluq edilməklə külli miqdarda pullarının mənimsənilməsi barədə məlumatlar yayılmaqdadır.

Bununla əlaqədar bildiririk ki, aldadılmış vətəndaşlardan bir qrupunun müraciəti əsasında artıq Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır”.

Bu açıqlama Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilib. 

Rəsmi məlumata görə, araşdırmalarla müəyyən olunub ki, «Tağıyev LTD» Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri Pərvanə Tağıyeva və Ülkər Sanılı vətəndaşların etibarından sui-istifadə edərək, işə düzəltmək adı ilə onlara qarşı dələduzluq edib və müxtəlif məbləğdə pullarını sonuncunun “Acessbank”dakı  hesabına köçürtdürməklə həmin vəsaitləri ələ keçiriblər.

Onların hər ikisi şübhəli şəxs qismində cəlb edilməklə barələrində həbs qətimkan tədbiri seçilib.

 İstintaq-əməliyyat tədbirləri ilə Ülkər Sanılının cari ilin ötən dövründə 22 nəfər Ağcabədi rayon sakininin etimadını qazanaraq onların 20.000 manata yaxın pullarını mənimsəməsi də sübuta yetirilib.

“Vətəndaşların nəzərinə çatdırırıq ki, cinayət işi üzrə ibtidai araşdırma Nazirlikdə davam etdiriləcək və bununla bağlı zərərçəkmiş şəxslərdən Baş İstintaq və Təhqiqat İdarəsinə müraciət etmələri xahiş olunur”.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir