Modern.az

Həmsədrlər Helsinkidə Qarabağ problemini müzakirə etdi – FOTO

Həmsədrlər Helsinkidə Qarabağ problemini müzakirə etdi – FOTO

12 Fevral 2015, 20:50


ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Finlandiya xarici işlər naziri Erki Tuomioja ilə görüşüb. Modern.az saytının verdiyi xəbərə bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün twitter hesabında məlumat verib.

Amerikalı diplomat bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli müzakirə edilib. “Finlandiya xarici işlər naziri Tuomioja və digərləri ilə Qarabağla bağlı keçirdiyimiz  görüşlərdən razı qaldım. Finlandiya Dağlıq Qarabağ probleminin  sülh yolu ilə həllinin tərəfdarıdır”, - deyə Ceyms Uorlik yazıb.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun digər həmsədrləri də (Rusiya, Fransa) həmsədrləri Helsinkidəki keçirilən görüşdə iştirak edib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir