Modern.az

ABŞ Ukrayna ilə bağlı Minsk razılaşmasını alqışladı

ABŞ Ukrayna ilə bağlı Minsk razılaşmasını alqışladı

12 Fevral 2015, 21:46


ABŞ Ukrayna ilə bağlı Minskdə razılaşdılan yeni razılaşmanı alqışlayır.

Modern.az xarici KİV-ə istinadən bu haqda fevralın 12-də Ağ evin mətbuat katibinin mətbuat üçün bəyanatında qeyd edilib:

“Birləşmiş Ştatlar bu gün Minskdə ATƏT-in rəhbərliyi ilə əlaqə qrupunun, Ukrayna, Rusiya Almaniya və Fransa liderləri tərəfindən dəstəklənən razılaşmanı alqışlayır. Bu razılaşma münaqişənin sülh yolu ilə nizamlanmasına və Ukraynanın suverenliyinin bərpasına yönələn potensial addımdır”.

ABŞ həm də Rusiyanı regiondan hərbi texnikasını və ordusunu çıxarmağa da çağırıb.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir