Modern.az

”Ukrayna iqtidari gözü cıxmış biz qardaşlarını görmədimi?” - Qarabağ veteranı

”Ukrayna iqtidari gözü cıxmış biz qardaşlarını görmədimi?” - Qarabağ veteranı

12 Fevral 2015, 22:45

”Bu gün Minskdə daha bir dondurulmuş münaqişə ocağı rəsmiləşdirildi. 22 ildir ki, biz bundan əziyyət çəkirik. Nədən Ukrayna iqtidari buna getdi? Gözü cıxmış biz qardaşlarını görmədimi? Bu hadisə bir daha göstərdi ki, keçmiş SSRİ ərazisində separatizmin, terrorun, işğalın arxasında Rusiya durur”.
Modern.az-ın məlumatına görə, bu sözləri Ukrayna böhranının nizamlanmasına dair Minskdə keçirilmiş “dördlər görüşü” haqda danışan Qarabağ müharibəsi veteranı, Qarabağ Azadlıq Təşkilatı İdarə Heyətinin üzvü Vaqif Əlisoy deyib.

V.Əlisoyun sözlərinə görə, əgər dünya gücləri vaxtında 20 yanvar, Xocalı və Qarabağın isğalında işğalçını adı ilə çağırsaydı, bu gün belə qanlı münaqişələr baş verməzdi.

”22 ildir bu atəşkəsin acı və ağrısını çəkir, hər gün şəhid veririk, hələ bunun nə qədər davam edəcəyini hec kəs bilmir. Məgər Ukrayna iqtidarı və xalqı bunu görmürdü? Mən Ukraynada yasayan dostlarıma , xususən Xəqani Hüseynova, Elxan Nuriyevə, Elşən Cavadzadəyə, İlqar Salmanoğluna və digər qardaşlarımıza müraciət edirəm. Qardaslar, Ukraynada nə bas verir? Nədən Proşenko belə bir sazişə imza atdı? Ukrayna xalqı buna necə baxır? Biz 22 ildir bu cür şərəfsiz ömür yasayırıq və hələ də yaşıamaqdayıq. Bəs Ukrayna xalqı bu ömru nə qədər yaşayacaq?”.

Keçmiş döyüşçü deyir ki, Ukraynada hər separatçı ödürülərkən Ukrayna xalqına dua edib və bu ölkənin hər qələbəsini Azərbaycanin qələbəsi sayırmış.

”Bu hadisə bir daha sübut etdi ki, Qarabağı Rusiya işğal edib, sadəcə erməni bir alətdir, Qarabağı işğalda Rusiya saxlayır. Bu hadisə bir daha sübut etdi ki, biz heç kəsdən kömək gözləməməliyik. Ölkə daxilində bütün umu-küsünü kənara atıb, real birliyin yollarini tapmalıyık və səbrlə, təmkinlə milləti son və qəti döyüsə hazırlamalıyıq. Düsünürəm ki, bu məqsədlə yaxın zamanlarda bütün olkə böyu çoxminli və izdihamli mitinq kecirməklə Rusiya və dünya güclərinə son mesaj verməliyik. Ya torpaqların sülh yolu ilə azad edilməsinə yardımçı olun, ya da biz beynəlxalq normalara uyğun addım atacağıq. Basqa bir yol da var ki, Qarabağdan imtina. Buna da hec kəs razı olmaz”.

Qarabağ müharibəsi veteranı deyir ki, bu gun Azərbaycan iqtidarı və müxalifəti bir masa arxasında oturub, fikir mübadiləri aparırsa və məsələləri ictimai müzakirəyə çıxarmağa söz verilirsə, deməli, hələ heç nə itirilməyib.

”Həmin müzakirələrdə Camal Əhmədov basda olmaqla Qarabağ qazi və əlillərinin nümayəndəsinin də iştirakı vacibdir və bu haqda təskilat kömitəşi Prezident Administrasiyasına müraciət etməlidir”, – deyə QAT İdarə Heyətinin üzvü Vaqif Əlisoy bildirib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir