Ukrayna prezidenti Pyotr Poroşenko iddia edir ki, Donbasda separatçılar Minsk razılaşmalarına rəğmən hücümu davam etdirirlər.
Modern.az saytını xarici KİV-ə istinadən verdiyi məlumata görə Ukrayna prezidenti Brüsseldə Avropa Birliyinə üzv ölkələrin sammitindən sonra keçirdiyi mətbuat konfransında deyib ki, Donetsk və Luqanskın separatçı rəhbərləri atəşkəs üçün onlardan 70 saat vaxt istəyib.
“Biz təcili olaraq, atəşi dayandırılmasını tələb edirik, amma onlar bizə deyirlər ki, buna 70 saat vaxt lazımdır”,-deyə Poroşenko söyləyib.
Ukrayna prezidenti onu da bildirib ki, son 72 saat ərzində cəmi 5 saat yatıb.
Qeyd edək ki, “Normand dördlüyü”nə daxil ölkələrin liderlərinin (Fransa, Almaniya, Rusiya, Ukrayna) Minsk danışıqlarında yekun sənəd imzalanıb.
Sənəddə bildirilir:
- Ukrayna Ali Radası 3 gün müddətində Donetsk və Luqansk vilayətlərinin Minsk razılaşması ilə müəyyən olunmuş rayonlarına xüsusi idarəetmə statusu verməklə bağlı qanun layihəsi qəbul etməlidir.
- 5 gün ərzində Ukrayna tərəfi və separatçılar “hək kəs hər kəsə prinsipi ilə bütün əsirləri azad etməlidirlər.
- Ukrayna Donbasın xüsusi statusu qarşılığında 2015-ci ilin sonuna qədər Rusiya ilə sərhəd xəttinə nəzarəti bərpa edəcək.
- Rəsmi Kiyev separatçıların nəzarətində qalan bölgədə bank sistemini bərpa edəcək. Fransa və Almaniya bu məsələdə texniki yardım göstərəcək.
- Rusiyada həbsdə olan ukraynalı pilot Nadejda Savçenko qısa müddətdə azad olunmalıdır - Atəşkəs rejimi Kiyev vaxtı ilə fevralın 15-də saat 00:00-da qüvvəyə minməlidir.
Modern.az