Modern.az

Bakıya gələn ABŞ-ın yeni səfiri azərbaycanca bəyanat verdi

Bakıya gələn ABŞ-ın yeni səfiri azərbaycanca bəyanat verdi

12 Fevral 2015, 23:00


ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Robert Sekuta fevralın 12-də Bakıya gəlib.

Modern.az saytının məlumatına görə yeni səfir Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistləri suallarını cavablandırıb.

O bildirib ki, etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəndən sonra səlahiyyətlərinin icrasına başlayacaq. 

Azərbaycan haqqında məlumatlı olduğunu bildirən səfir qeyd edib ki, diplomatik missiyası dövründə iki ölkə arasında  anlaşma və qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə səy göstərəcək.

“Bakıda sizinlə görüşməyimə çox şadam, əminəm ki, səlahiyyətlərimin rəsmi icrasına başlayandan sonra sizinlə görüşlərimiz daha çox olacaq”,-deyə Robert Sekuta söyləyib.

Qeyd edək ki, yeni səfir jurnalistlərə Azərbaycan dilində  açıqlama verib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir