Bakıda qətl hadisəsi baş verib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa-Zabrat şossesi, Yeni Yaşayış massivində qeydə alınıb.
Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Elvin Elşən oğlu Cavadov aralarında yaranan münaqişə zəminində bacısının nişanlısı, 1991-ci il təvəllüdlü Habil Aslan oğlu Abdullayevi bıçaqlayaraq qətlə yeitirib.
Qətl hadisəsini törədən E.Cavadov tutulub.
Elvin Cavadov ilkin ifadəsində bacısının nişanlısının onların evinə tez-tez gəldiyi üçün öldürdüyünü bildirib.
Modern.az