Tanınmış britaniyalı jurnalist və konfliktoloq, “Karneqi” fondunun Cənubi Qafqaz üzrə eksperti Tomas De Vaal “Bu il Qarabağda müharibə olacaqmı?” başlıqlı məqalə yazıb. Modern.az xarici mətbuata isitnadən xəbər verir ki, De Vall Dağlıq Qarabağda müharibə təhlükəsinin kəskin artdığını və dünya birliyinin təcili olaraq bura diqqət yönəltməsinin vacib olduğnu xatırladıb: “Bu il müharibə siqnalı daha vahiməli səslənir. Münhen konfransında ATƏT 2 həftə ərzində sayca 3-cü dəfə münaqişə ilə bağlı bəyanat yaydı. Adətən, təmas xəttində sakit keçən yanvar ayında bu il 12 ölü və 18 yaralı var”.
De Vaalın fikrincə, Dağlıq Qarabağda yeni müharibə hər iki tərəfin böyük itkilər verməsi ilə nəticələnəcək. Ekpert Azərbaycanın Qarabağı hərbi yolla azad etmək istəməsi qarşılığında sürprizlərlə üzləşəcəyini ehtimal edir: “Dağlıq landşaftı və ermənilərin müdafiə sistemlərini nəzərə alsaq, əməliyyat asanlıqla uğursuzluğa düçar ola bilər. Bu isə nəinki minlərlə gəncin Qarabağ ətrafında həlak olması ilə, həm də indiki Azərbaycan hakimiyyətinin mövcudluğuna da təhlükə ola bilər. Bakı üçün qılınc oynatmaq, atəş açmaqdan daha təhlükəsizdir”.
Sonda De Vaal ötən ilin noyabrında Ağdam istiqamətində vurulan hərbi helikopterlə bağlı fikirlərini yazaraq, yaya qədər Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını vacib bilib: “Erməni helikopteri Azərbaycan mövqelərinə hücum etməmişdi, lakin görünür ki, hava obyekti tərəflərin uçuş üçün qadağan olunduğunu razılaşdırdıqları 5 kilometrlik zolağa daxil olmuşdu. Əgər münaqişə nə vaxtsa alovlanarsa, bu Azərbaycan və Ermənistan arasında irimiqyaslı müharibə olacaq. Bütün bunlar Qarabağ ətrafındakı vəziyyəti Ukrayna hadisələrinin rezonansı və qeyri-müəyyən geosiyasi kontekstdə təhlükəli edir. Təcili olaraq yazın və uzun, isti, potensial təhlükəli yayın gəlişinə qədər problemə diqqət yönəltmək lazımdır”.
Modern.az