Misir prezidenti Abdülfəttah əs-Sisinin xüsusi dəftərxana müdiri Abbas Kamil və Hərbi Kəşfiyyat İdarəsinin direktoru Mahmud Hicazi ilə reallaşan danışıqların səs yazısı ortaya çıxıb.
Modern.az-ın xarici KİV-ə istindən verdiyi məlumata görə, Misir prezidenti Baş Qərargah və Müdafiə Nazirliyi vəzifələrini birlikdə icra etdiyi dövrdə köməkçiləri ilə etdiyi danışıqlar ortaya çıxıb. Ötən ilin fevral ayına aid olduğu bildirilən səs yazısında Sisi o vaxtkı xüsusi dəftərxana müdiri Abbas Kamil və Hərbi Kəşfiyyat İdarəsinin direktoru Mahmud Hicaz ilə Körfəz ölkələrindən pul alınması mövzusunda danışır. Misirin ərəb milliyyətçiliyini arxada buraxmağının lazım olduğunu bildirən Abbas Kamil, Körfəz ölkələrinin rəhbərliklərini tənqid edir. Abbas Kamil deyir: “1990-cı ildə İraqı Küveytdən çıxarmağa kömək etmişik. Hər şeydən əvvəl bizə bunun əvəzini ödəmələri lazımdır, çünki bunlar xırda dövlətçikdən başqa bir şey deyillər. Biz Yəməndən sonra bu vəziyyəti iki dəfə təcrübədən keçirdik. Bizim xalqımız aç və şərtlərimiz pisdir, sizsə (Körfəz ölkələri) həyatın dadını çıxarırsınız, çox pula sahibsiniz”.
Abbas Kamil hər əmirin yüzlərlə milyard dolları olmasını bildirərək deyir: “Məsələn, Qətər əmirinin xüsusi bankda (Qətər Milli Bankı) 900 milyardı var”.
Sisi Abbas Kamilin Səudiyyə Ərəbistanı rəsmisi Xalid Tuveyciri ilə görüşməsini istəyir və deyir: “Körfəz ölkələri liderləri öz ölkələrinin büdcələrinin üzərində nəhəng pullara sahibdir... 10 milyard dollar istəyirik... 10 milyard Birləşmiş Ərəb Əmrliklərindən, 10 milyard da Küveytdən ... Ordunun hesabına keçəcək 10 milyard dollara ehtiyacımız var. Pullar Mərkəzi Banka köçürüləcək və 2014-cü ilin hesabı bağlanmış olacaq”.
Sisinin bu sözlərindən sonra Abbas Kamil gülür. Sisi isə “Niyə gülürsən əmi? Pul onlarda düyü kimidir”, - deyir.
Sisi Abbas Kamilin Səudiyyə Ərəbistanı rəsmisi Xalid Tuveyciri ilə görüşməsini istəyir və deyir: “Ona de ki, bizlər ordu hesabına 10 milyard dollar istəyirik. Hər ölkədən də 10 milyard dollar. Allah ondan razı olsun... Onların ABŞ-da da pulları var”.
Bunun ardınca onların arasında kiçik bir dialoq yaşanır:
Abbas:
- Yalnız belə böyük bir pul hesaba necə keçəcək? İşlər belə getsə, bir problem yoxdur. Hissə-hissə göndərilərsə, problem olmaz. Narahatlığa ehtiyac yoxdur.
Sisi:
- Yəni hesab açmaq yerinə orada bizim ofisimiz də var.
Abbas:
- Birbaşa hesaba keçər.
Sisi:
- Bax, amerikalılar orada necə oynayırlar...
Abdülfəttah əs-Sisinin prezident kürsüsündə oturmazdan əvvəl 2014-cü ilin əvvəlində köməkçiləri ilə etdiyi danışıqların ortaya çıxması Misiri qarışdırıb. Misir hökuməti Sisi və köməkçilərinin ərəb əmirlərinin sərvətlərindən bəhs edən səs yazlarını təkzib edib.
Şahin Qocayev