Modern.az

BDU-nun mətbuat katibi təltif olundu

BDU-nun mətbuat katibi təltif olundu

13 Fevral 2015, 12:00

Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova Qafqazın ən böyük təhsil – facebook səhifəsi olan 129 minlik «Azərbaycan Universitetləri»nin keçirdiyi sorğunun qalibi olub. Modern.az xəbər verir ki,  «2014-cü ilin ən yaxşı mətbuat xidməti» sosial sorğusunda BDU sözçüsü səhifə üzvlərinin əksəriyyətinin səsini qazanaraq birinci olub. «Azərbaycan Universitetləri» səhifəsinin rəhbəri Zöhrab Süleyman qalib diplomunu P.İbrahimovaya təqdim edib.

BDU Mətbuat və informasiya şöbəsinin müdiri, öz növbəsində, Z.Süleyman və bütün səhifə üzvlərinə təşəkkür edib.

Təltif olunanlar arasında BANM-nin  və ADA-nın analoji struktur rəhbərləri də yer alır


Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir