Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Nərimanabad kəndi ərazisindən 2 nəfər balıqçı balıq tutmaq məqsədilə dənizə çıxmış və geri qayıtmayıb. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi axtarış-xilasetmə işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək.
Modern.az