Modern.az

“Azərbaycanın xaricdəki diplomatlarının həyat şəraiti yaxşılaşdırılmalıdır”

“Azərbaycanın xaricdəki diplomatlarının həyat şəraiti yaxşılaşdırılmalıdır”

13 Fevral 2015, 12:33

“Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti İlham Əliyev Ermənistan nümayəndəsinə layiqli cavab verdi. Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini lazımı şəkildə tənqid etdi. Prezident Azərbaycan xalqının hislərini ifadə etdi”.

Modern.az saytının məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Azərbaycan prezidentinin çıxışı təqdirəlayiq idi. Deputat Azərbaycanın xaricdəki səfirləri ilə bağlı problemlərə də toxunub: “Azərbaycanı xaricdəki səfirlər 500 manat civarında maaş alır. Qalanları isə ezamiyyət xərcləri üçün verilən məbləğdir. Diplomatların həyat şəraitinin yaxşı olması üçün addımlar atılmalıdır”.

Partiya sədri ötən gün baş tutan iqtidar-müxalifət görüşünə bəzi siyasi partiyaların qatılmamasına da münasibət bildirib. Qeyd edib ki, həmin partiyalar xarici qüvvələrin əlində oyuncağa çevriliblər: “İndi də ötən gün baş tutan görüşə kölgə salmaq istəyirlər”.


Spiker Oqtay Əsədov isə deyib ki, dialoq tələbləri yerinə yetiriləndən sonra bəzi siyasi partiyalar həmin görüşdə iştirak etmədilər: “Onlar görüşə kölgə salmırlar, özləri kök altındadırlar”.

Aqşin KƏRİMOV

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir