Modern.az

İqbal Ağazadə Mədət Quliyevə xəbərdarlıq etdi

İqbal Ağazadə Mədət Quliyevə xəbərdarlıq etdi

13 Fevral 2015, 12:39

 

Milli Məclisin bugünkü iclasında çıxış edən Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə insan haqları məsələsindən danışıb.

Modern.az saytının verdiyi xəbərə görə, o bildirib ki, hüquq müdafiəçisi İntiqam Əliyev haqqında məhkəmənin seçdiyi həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilməlidir: “Cənab sədr, sizdən də xahişim budur ki, parlament səviyyəsində bu məsələni qaldırasınız”.

İqbal Ağazadə Mili Məclisin bundan əvvəlki iclasında Penitensiar Xidmət haqqında tənqidi fikirlər söyləməsinə bir daha toxunub. Onun fikrincə, bu çıxışından sonra bəzi deputatlar və Penitensiar Xidmət səviyyəsində onun mövqeyinə aşağılayıcı formada yanaşılıb: “Penitensiar Xidmətin rəisi Mədət Quliyev mövqeyimi aşağılayan açıqlama verdi. Buradan xəbərdarlıq edirəm, aşağılayıcı fikirlərə son qoyulsun. Əks halda, bu barədə ikinci dəfə çıxış etməli olacağam”.

Aqşin KƏRİMOV

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir