Modern.az

Ermənistan elitasında parçalanma - Sərkisyan repressiyalara başladı

Ermənistan elitasında parçalanma - Sərkisyan repressiyalara başladı

13 Fevral 2015, 12:42


Ermənistan prezidenti Serj Sərkisyan ən böyük müxalifət partiyası sayılan “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyana qarşı siyasi repressiyalara başlayıb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, prezidentin sərəncamı ilə Tsarukyan Ermənistan Milli Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib. Hakim Respublika Partiyasının iclasında çıxış edən Sərkisyan Qaqik Tsarukyana bu vaxta qədər himayədarlıq etməsinin yanlışlıq olduğunu və bundan sonra səhvini düzəldəcəyini deyib. Bundan başqa, onun Təhlükəsizlik Şurasl və parlament iclaslarına qatılmamasının səbələrinin ayıdınlaşdırılmalı olduğunu deyib: “Ölkənin ali təhlükəsizlik orqanı teatr deyil ki, ürəyin istəyəndə bura gələsən”.

Bundan başqa, o, Tsarukyanın vergidən yayınması faktları və kriminal aləmlə münasibətləri ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma aparmalı olduğunu deyib.

Qaqik Tsarukyana qarşı təzyiqlər onun hakimiyyəti tənqid etməsi və “Çiçəklənən Ermənistan” Partiyasının bütün ölkə boyu mitinqlər keçirəcəyi ilə bağlı bəyanatından sonra başlanmışdı.

Modern.az 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir