Modern.az

Zahid Oruc birləşdirilməsi vacib olan qurumların adlarını açıqladı

Zahid Oruc birləşdirilməsi vacib olan qurumların adlarını açıqladı

13 Fevral 2015, 12:46

Deputat Zahid Oruc idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan prezidentinin apardığı islahatları müsbət qiymətləndirib.

Modern.az saytının məlumatına görə, Milli Məclisin bugünkü iclasında bu cür islahatların davamlı olacağına inandığını vurğulayaraq bir neçə təkliflə də çıxış edib: “Hesab edirəm ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Kənd Təsərrüfatı Nazirliyinə, Dövlət Qulluğu Məsələləri Komissiyasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin İqtisadiyyat və Sənayə Nazirliyinə birləşdirilməsi əhəmiyyətli olardı. Bu o demək deyil ki, həmin qurumlar birləşdirilərsə, işçilər ixtisara salınacaq, ştatlar ləğv olunacaq. Onlar öz ixtisaslarına görə işlə təmin olacaqlar”.
Spiker Oqtay Əsədov isə deputata ironiya ilə avab verib. “Siz həm deyirsiniz ki, bu işlər prezident tərəfindən həyata keçirilir, həm də özünüz həmin işləri burada müəyyənləşdirirsiniz...”

Aqşin KƏRİMOV  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir