Bakı Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi və Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsi əməkdaşları tərəfindən paytaxtda daha bir əxlaqsızlıq yuvası aşkar olunub. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xətai rayonu, Babək prospektində yerləşən “Enigma” klubunda oranın sahibi, Bakı şəhər sakini Arif Nəzərovun əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Modern.az