Şəki rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində Rəhman Nuriyevə məxsus mağazaya baxış zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçməyən 181 ədəd dini ədəbiyyat, habelə 156 ədəd suvenir, 94 dəst müxtəlif geyim əşyaları, 2 ədəd güldan və 177 ədəd təsbeh aşkar edilərək götürülüb. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, faktla bağlı araşdırma aparılır.
Modern.az