Modern.az

Gənclər ictimai nəqliyyatda davranış qaydalarına dair təşəbbüslə çıxış ediblər

Gənclər ictimai nəqliyyatda davranış qaydalarına dair təşəbbüslə çıxış ediblər

Təhsil

13 Fevral 2015, 14:03

«Gənclərin Təşəbbüsünə və İnkişafına dəstək» İctimai Birliyi  Azərbaycn Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə  “ Bakı 2015 - ilk Avropa Oyunları ilə əlaqədar ictimai nəqliyyatda sürücülərin davranışlarının və mədəniyyətinin yüksəldilməsinə dair gənclərin innovativ təşəbbüsləri” adlı layihənin icrasına start verib və ilk tədbir keçirilib.
Tədbirdə layihə barədə məlumat verilib, gənclər ictimai nəqliyyatda davranış qaydalarının təkmilləşdirilməsinə, onun səviyyəsinin yüksəldilməsinə dair təşəbbüslə çıxış ediblər , bu sahədəki mövcud vəziyyətin yaxşılaşmasına çalışmağın, sürücü və sərnişinlərin maariflənməsinə yardım göstərməyin, onlara mədəni ünsiyyət normalarını aşılamağın vacibliyindən danışıblar.

Eyni zamanda əxlaqi dəyərlərin oturuşmasını əngəlləyən kobud davranış qaydaları və bu problemə aid digər mənfi hallara qarşı mübarizədən söz açılıb. Qarşıya qoyulan məqsədə nail olmaq üçün layihəni həyata keçirən təşkilatın qarşısında duran vəzifələr müzakirə olunub.
Ən əsası ictimai nəqliyyat sürücülərinin və sərnişinlərin ictimai davranış qaydaları barədə məlumatlılıq dərəcəsinin yoxlanılması üçün onların sorğuya cəlb edilməsi, keçirilən sorğunun nəticələri əsasında müvafiq təkliflərin hazırlanaraq sərnişindaşıma ilə məşğul olan özəl şirkətlərə təqdim edilməsi və eyni zamanda ictimai davranış qaydalarının yaxşılaşdırılmasına dair yeni təşəbbüslərin irəli sürülməsi, bununla bağlı mətbuatda yazılarla çıxış edilməsi qərara alınıb.
İctimai davranış qaydalarının təbliğinə dair bukletlərin hazırlanaraq avtobus sürücüləri və sərnişinlər arasında pulsuz yayılması, onların maarifləndirilməsi ilə tədbirlər planı təsdiq edilib.



Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir