Modern.az

“Azərbaycanda 500-600 bələdiyyə olmalıdır” - Elmira Axundova

“Azərbaycanda 500-600 bələdiyyə olmalıdır” - Elmira Axundova

Təhsil

13 Fevral 2015, 14:22


“Əsas problem torpaqların vətəndaşlara qanunsuz satılmasıdır. Bəzən yeni gələn bələdiyyə sədri torpağı ikinci dəfə satır. Nəticədə minlərlə şikayətçi ortaya çıxır. Bununla bağlı mənə çoxlu şikayətlər gəlir. Ədliyyə Nazirliyi müvafiq orqanlarla birlikdə bu problemi həll etməlidir”.

Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Elmira Axundova bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinə münasibət bildirərkən deyib. Onun fikrincə, bələdiyyələrlə bağlı Türkiyə təcrübəsindən yararlanmaq lazımdır: “2002-ci ildə Türkiyədə 3225 bələdiyyə strukturu olub. İndi isə cəmi 1395 bələdiyyə var. Bizdə bələdiyyələrin sayı Türkiyədən qat-qat çoxdur. Türkiyə isə ərazisinə və əhalisinə görə, bizdən dəfələrlə böyükdür. Bələdiyyələrin sayı 500-600 olmalıdır”.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə bildirib ki, Türkiyədə sistem fərqlidir: “Orada daha çox böyük şəhər bələdiyyələri var. Kəndlərdə isə muxtarlar deyilən şəxslər var və onlar da bələdiyyə üzvüdür. Bunu da hesablasaq, Türkiyədə bələdiyyələrin sayı bizdən bir neçə dəfə çox olar. Azərbaycanda bəzən bələdiyyələrlə icra orqanları dəyişik salınır. Bələdiyyələrin statusu var, genişdir. Bəzən deyirlər ki, bələdiyyə torpaq satır. Torpaq bölünübsə, necə sata bilər? Ola bilsin ki, kimsə dələduzluq edir. Ancaq bu bəlli olanda cəzalandırılır. Bəli, elə bələdiyyə sədri var ki, səlahiyyətinin əksinə fəaliyyət göstərir. Məncə, hesabat ətraflı hazırlanıb, deputatları buna səs verməyə dəvət edirəm”.

Aqşin KƏRİMOV

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir