Modern.az

“Ukraynadakı böhran Qarabağ münaqişəsinə çevriləcək”

“Ukraynadakı böhran Qarabağ münaqişəsinə çevriləcək”

Qarabağ

13 Fevral 2015, 16:29

“Minsk danışıqları ilə bağlı açıqlanan yeganə nailiyyət atəşkəs razılaşmasının əldə edilməsi ilə bağlıdır. Bunun özü də Ukrayna münaqişəsinin həlli ilə bağlı irəliləyişdir”. Bunu Modern.az saytına Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.

O, Minskdə “Normand dördlüyü” liderlərinin (Almaniya, Fransa, Rusiya, Ukrayna) keçirdiyi görüşün perspektivini şərh edərkən bildirib ki, Ukrayna böhranının həlli prosesi çox vaxt aparacaq.

Asim Mollazadənin sözlərinə görə Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya problemləri  bağlı hüququn aliliyinə arxalanan ciddi qərarların olmaması Ukrayna münaqişəsinin tənzimlənməsini də ümidlər azalır.

“Ukraynadakı konflikt də bu münaqişələrdən birinə çevriləcək”,-deyə Asim Mollazadə söyləyib.  

Qeyd edək ki, Minskdə əldə edilən razılaşmaya görə Kiyev vaxtı ilə saat 00:00-dan etibarən Ukraynada atəşkəs rejimi qüvvəyə minəcək.  

Aqşin Kərimov


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu