“İqtidar və müxalifət partiyalarının nümayəndələri arasında başlanmış dialoq cəmiyyət arasında böyük razılıq hissi ilə qarşılanıb”. Modern.az xəbər verir ki, bunu millət vəkili Rauf Əliyev Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun iqtidarla-müxalifətin görüşünə münasibət bildirərkən deyib.
Deputat bildirib ki, cəmiyyətin bütün sahələrini əhatə edən müxtəlif problemlərin bir arada müzakirə edilərək həll edilməsi üçün yolların müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir.“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə ölkədə əhalinin sosial rifahının yüksəlməsi, iqtisadi islahatların aparılması ilə yanaşı davamlı olaraq siyasi islahatların da aparılmasının zəruriliyinin vurğulayıb. Bu nöqteyi- nəzərdən iqtidar və müxalifət partiyaları arasında keçrilən görüşlərin, dialoqların böyük əhəmiyyəti vardır”.
“Arzu edirik ki, başlanmış dialoqda Azərbaycanın ictimai-siyasi həyatında iştirak edən bütün partiyalar iştirak etsinlər. Belə dialoqlarda, görüşlərdə iştirak etməyən partiyalar bilməlidirlər ki, bu onların öz nüfuzlarına xələl gətirəcək və onlar ölkədəki siyasi proseslərdən geri qalacaqlar. Ancaq qarşılıqlı dialoq, müzakirələr nəticəsində Respublikamızın ictimai-siyasi həyatı üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin optimal həlli yollarını müəyyənləşdirmək olar” deyə, R.Əliyev vurğulayıb.
Modern.az