Moskva-Lənkəran aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Afətdin Dadaşova məxsus baqaj gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda siqaret təsvirləri görünüb.
Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan baqaja - 2 ədəd çantanın içərisindəki mallara təkrar baxış keçirilmişdir. Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, həmin çantalarda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və kağız üzərində yazılı və ya şifahi formada bəyan olunmayan, Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmayan 1000 qutu xarici markalı siqaret aşkar olunub.
Faktla bağlı izahatında A.Dadaşov baqajında aşkar olunan siqaretləri Rusiya Federasiyasının Moskva şəhərindəki bazardan əldə etdiyini və satış məqsədilə Azərbaycana gətirdiyini bildirib.
Şahin Qocayev