Böyük Britaniya kraliçası II Yelizaveta bu il aprelin 24-də Çanaqqala döyüşlərinin 100 illiyini qeyd etmək üçün Tükiyəni ziyarət edəcək.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər zamanı 7 hərbi gəmi onun təhlükəsizliyini təmin edəcək.
Qeyd edək ki, aprelin 24-də Türkiyə Çanaqqala döyüşlərinin, Ermənistan isə “erməni soyqırım”nın 100 illiyini qeyd etmək üçün xarici dövlət rəhbərlərinə eyni vaxtda dəvət göndərmişdilər.Modern.az